Satış üzrə mütəxəssis

  • Karvan L
  • Elanın qoyulma tarixi: 15.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış üzrə mütəxəssis

İş barədə məlumat

• Kənd təsərrüfatı məhsullarının satış ilə bağlı bazar araşdırmalarının aparılması, İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
• Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
• Rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
• Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması və görüşlərin təyin olunması
• Müştərin ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
• Müştəri bazasının yaradılması, onlarla əlaqə
• Şirkətin sosial şəbəkə hesablarının (İnstagram, Facebook, Sayt) idarə edilməsi
• Satış layihələrində şəkil və video çəkilişlərin aparilması
• Sosial şəbəkə və sayt üzərindən gələn gündəlik comment və mesajların cavablandırılması
• Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
• Şirkətin satış strategiyasının hazırlamasında və tədbiqində iştirak etmək
• Satdiğı məhsulları və brendi təmsil etmək
• Rəqiblərin üstün və zəif keyfiyyətlərini müəyyənləşdirərək təhlil etmə və təhlil əsasında marketinq strategiyasını müəyyən etmək

İş günləri: Həftənin 6 günü, saatı: 9:00 – 18:00, şənbə qısaldılmış iş günü
istirahət bazar günü.

Namizədə tələblər:

• Müvafiq ali təhsil
• İş təcrübəsi: Müvafiq sahədə azı 3-5 il iş təcrübəsi,
• Dil bilikləri: Azərbaycan və rus dili sərbəst, ingilis dili arzuolunandır
• Kompüter proqramlarında sərbəst işləmə bacarığı
• Qadın namizədlərə üstünlük veriləcəkdir
• Yaş həddi: 25-40
• Əmək haqqı: razılaşma yolu ilə

Nahar şirkət tərəfindən verilir
Ünvan; Bakı şəh. Babək pr.

Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını [email protected] ünvanına göndərsinlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq mütəxəssisi) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.