Mühasib

  • Azplast 2012 LLC
  • Elanın qoyulma tarixi: 10.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

İş yeri: Bakı şəhəri Şıxov qəsəbəsi Grand Park 2 (AzPlast 2012 MMC)

İşin təsviri:

• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir
• Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
• Vergi orqanları ilə yazışmalar
• Vergi və mühasibat uçotunun aparılması
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
• Əməliyyatların 1C 8.3 proqramında işlənməsi
• Vergi hesab fakturaların yazılması (qaimə faktura,depozit, ədv hesablaşmaları və s.)
• Bank və kassa əməliyyatları

TƏLƏBLƏR:

• Ali təhsil
• 30-40 yaş həddi (qadın)
• Mühasibatlıq/Maliyyə sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
• Azərbaycan və rus dilləri
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Komandada və təzyiq altında işləmək bacarığı
• E-taxes.gov.az portalindan istifadə etmək bacarığı
• Qidalanma və nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir, iş qrafiki 5 günlük 09:00-17:00 dək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Azplast 2012 LLC tərəfindən digər vakansiyalar