İnsan Resursları üzrə mütəxəssis

  • Green Tech
  • Elanın qoyulma tarixi: 26.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

- E-gov portalında əməliyyatların icrası;
- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi;
- İşçilərin ezamiyyət və məzuniyyət sənədlərinin işlənilməsi;
- 1C proqramında aylıq tabelin formalaşdırılması;
- Əmək kitabçalarında qeydlərin aparılması.

Tələblər:

- Təhsil – ali ;
- Yaş həddi : 25-35
- İş təcrübəsi: aidiyyatı sahədə minimum 1 il
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
- Kargüzarlıq haqqında yüksək səviyyədə biliklərin olması;
- MS Office (Word, Excel) və 1C proqramından istifadə etmək;
- E-gov Elektron Hökumət Portalında işləmək;
- Kollektivdə işləmək bacarığı;
- Problemləri təhlil və həll etmə bacarığı.

Əmək şəraiti :

- İş saatları: həftənin 5 günü - 09:00-18:00;
- İstirahət günü: şənbə və bazar;
- İş yeri : Binə qəsəbəsi
- Gediş-gəliş üçün servis təminatı;
- Nahar təminatı.

Əmək haqqı: namizədin bilik və bacarığı əsasında təyin olunacaq.

Müraciət etmək üçün CV-lərinizi “İnsan Resursları üzrə mütəxəssis” başlığı altında [email protected] elektron poçtuna göndərə bilərsiniz.