Kimyaçı Mühəndis

  • Avrora
  • Elanın qoyulma tarixi: 22.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Elan : “Kimyaçı Mühəndis

İşin qısa təsviri :

İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizlərinin aparılması (nəmlik, turşuluq, qələvilik, su aktivliyi və digər tələb olunan analizlər) və uyğunluğun müəyyənləşdirilməsi.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi;
• Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması;
• Testlərin icrası zamanı müşahidələrin və nəticələrin müəyyən edilmiş qayda ilə qeyd edilməsi;
• Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət edilməsi, bu zaman yaranan qeydlərin qayda ilə tam dolğun şəkildə aparılması;
• Aparılan analizlər üzrə lazımi hesabatların hazırlanması, problem olduğu təqdirdə dərhal aidiyyəti şəxslərə məlumatın verilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Laborator avadanlıqları ilə işləməyi bacarığı;
• Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali təhsil (Kimya, Biologiya və Mikrobiologiya sahələri üzrə);
• İş təcrübəsi: Kimyaçı - laborant və ya Laborant- mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi;
• Dil bilikləri : İngilis və Rus dilləri (orta səviyyədə);
• Kompüter bilikləri : MS Office proqramları.

Bizim iş şərtləri :

• İş qrafiki : Növbəli;
• İş yeri : Hökməli qəs;
• Nahar şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Kimyaçı Mühəndis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi