İR mütəxəssisi

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 18.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Əmək müqavilələrinin tərtibi;
- Əmək kitabçalarının tərtibi;
- Elektron hökümət portalına dəyişikliklərin işlənilməsi (işə qəbul, azad, yerdəyişmə);
- Əmrlərin yazılması;
- Razılaşmaların tərtibi;
- İşçilərdən izahatların alınması, qeydiyyatının aparılması;
- Tabellərin yoxlanılması və tərtibi.
- 1C proqramına məlumatların daxil edilməsi.

Namizədə tələblər:

- Biznesin təşkili və idarə edilməsi fakultəsi üzrə ali təhsilli;
-Təcrübə tələb edilmir;
- Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Analiz etmə bacarığı;
- Dəqiqlik və diqqətlilik;
- Word, Exel, Power-Point proqramlarından istifadə bacarığı;

İş şərtləri:

- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: Razılaşma yolu ilə
- Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.

Karyera hədəfi:

- İR sahəsində dərindən təcrübə toplamaq imkanı qazanmaq, bu sahədə şirkət daxili inkişaf etmək;
- 1C 8.3 proqramının öyrədilməsi.

Qeyd: Qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “İR mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.