Account Manager

  • Times Consulting
  • Elanın qoyulma tarixi: 21.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Times Consulting reklam şirkətinə Account Manager tələb olunur.

Times Consulting 10 ildən çox Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ən böyük reklam şirkətlərindən biridir. Əsas fəaliyyət reklam yerlərinin və reklam daşıyıcıların satılmasıdır. Əlavə olaraq reklamın istehsalı (kreativ ideya və dizayn da daxil olmaqla) və marketinq xidmətlərin göstərilməsi ilə də məşğuldur.

Əsas vəzifələr:

• Müştərilərlə işgüzar danışıqların aparılması;
• Rəqiblərin araşdırılması;
• İşgüzar görüşlərin təşkil edilməsi;.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.

Namizədlərə qarşı tələblər:

-  Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti,
-  İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
-  Hər bir müştəri ilə xoş ünsiyyət qurmaq bacarığı ;
-  Dünya görüşü və biliyə həvəs;
-  Komandada işləmək bacarığı;
-  Çeviklik və tez öyrənmə bacarığı;
-  Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;
-  MS Office proqramlarını bilməsi və korporativ mühitdə işləmək həvəsi.

Üstünlüklərimiz:

• 1000-1200 manat əmək haqqı;
• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti.

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV və portfolionuzu [email protected] e-mail ünvanına göndərəsiniz.

İşəgötürənin reytinqi

Times Consulting tərəfindən digər vakansiyalar