Təftiş üzrə mütəxəssis

  • Superfon
  • Elanın qoyulma tarixi: 17.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Təftiş üzrə mütəxəssis

İş yeri: Bakı;
İş təcrübəsi: 2-3 il;
Təhsil: Ali təhsil;
Yaş həddi: 25 və ya üzəri.
İşin təsviri: Satış strukturları üzrə təftiş nəzarətinin təşkil olunması.

Vəzifə öhdəlikləri:

• Şirkət - müştəri borc qalıqlarının üzləşdirilməsi;
• Şirkətin satış prosedurlarının icra olunma statusuna nəzarət
• Analitik təhlillərin aparılması;
• Aşkar olunmuş çatışmazlıqların aktlaşdırılması;
• Rəhbərliyə müntəzəm hesabatların verilməsi.

Tələblər:

• Şəxsi avtomobilin olması;
• Diqqət, analiz etmək bacarıqlarının olması;
• MS Office proqramlarından istifadə bacarığı;

Təminatlar:

• Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
• Nahar pulu ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “Təftiş üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 17.10.2020-ci il.

İşəgötürənin reytinqi