Kimyaçı Mühəndis

  • Avrora
  • Elanın qoyulma tarixi: 14.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Elan : “Kimyaçı Mühəndis

İşin qısa təsviri:

Daxil olmuş xammalların normativ sənədlərə əsasən keyfiyyət göstəricilərinin, fiziki- kimyəvi analizlərinin həyata keçirilməsi, metodik materiallara uyğun olaraq analiz, sınaq ölçmə nəticələrinin emal edilməsi, sistemləşdirilməsi, rəsmiləşdirməsi və onların hesabatının hazırlanması.

Vəzifələr:

• İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi;
• İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyinin təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;
• Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması;
• Testlərin icrası zamanı müşahidələrin və nəticələrin müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd edilməsi;
• Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət edilməsi, bu zaman yaranan qeydlərin qayda ilə tam dolğun aparılması.

Sahə üzrə bilik və bacarıqlar:

• Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
• MS Office (Word, Excel, Outlook) proqramlarından istifadə etmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Tələblər:

• Ali təhsil (Kimya, Biologiya, Tibbi biologiya (Mikrobioloq) sahəsində);
• Kimyaçı - laborant və ya Laborant- mikrobioloq olaraq minimum 1 il iş təcrübəsinin olması;
• Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması.

İş şərtləri:

• Növbəli iş rejimi;
• Şirkət hesabına nahar;
• Tibbi Sığorta ilə təminat;
• İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur).

Biz nə təklif edirik:

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kimyaçı Mühəndis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi