İT mütəxəssisi

İşin təsviri

Vakansiya: İT mütəxəssisi

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC-də İT mütəxəssisi vəzifəsi üçün vakansiya mövcuddur.

Bilməlidir:

• Şəbəkə avadanlıqlarının quraşdırılması/profilaktikası;
• Cisco, Ubiquiti -avadanlıqların konfiqurasiya edilməsi;
• OS & Software quraşdırılması/ monitorinq/dəstək;
• MS Windows Server 2012 R2, Windows 7/10n əməliyyat sistemlərinin quraşdırılması və administrasiyası;
• IP telefoniya: Asterisk, Yeastar, Yealink;
• Printerlərin quraşdırılması və konfiqurasiya edilməsi;
• Kommunikasiya xətlərində yaranmış nasazlıqların aradan qaldırılması;
• Software-Proqramlarin quraşdırılması və konfiqurasiya edilməsi;
• Təhlükəsizlik Sistemlərinin bir mərkəzdən idarə edilməsi üçün mərkəzləşdirilmiş sistemin qurulması. ( İP-Analog);
• Təhlükəsizlik kameralarının, Alarm Sistemlərinin,Turniket sistemlərinin, Mərkəzləşdirilmiş İP Domofon Sistemlərin, Access Control, Face control, Fingerprint sistemlərinin Proqramlaşdırılması;
• HelpDesk sistemində istifadəçilərdən daxil olan sorğuları qəbul və icra etmək.

Bilik və Bacarıqlar:

• Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
• Windows əməliyyat sistemlərində işləmə bacarığı;
• Microsoft Office proqramından istifadə təcrübəsi;
• Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;
• Ethernet, İP və şəbəkə cihazlarının (kommutator/marşrutizator) iş prinsiplər barədə məlumatlı olmaq;
• Problemləri düzgün analiz edə bilmə bacarığı;
• Azərbaycan dilində son istifadəçilərlə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;
• İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;

Тələblər:

• Ali təhsil;
• Vəzifə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi;
• Kompyuterdən və texniki avadanlıqlardan istifadə;
• Savadlı nitq;
• Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə bacarığı;
• Təşkilati bacarıqlar;
• Psixoloji sabitlik;
• Tez qərar qəbul etmək bacarığı

Şəxsi keyfiyyətlər:

• Yüksək məsuliyyət və mənəvi sabitlik;
• Münasibət qurma bacarığı;
• Empatiya (mərhəmətlilik);
• Dürüstlük;
• Xeyirxahlıq

Qeyd: CV göndərmək istəyən namizədlər aşağıdakı linkə daxil olub göndərə bilər.

https://www.21esr.com/career/jobaz/vacancy/32-it-mutaxassisi