Elektrik

İşin təsviri

Elektrik

Tələblər

• Təhsil dərəcəsi: : Orta ixtisas və ya orta texniki təhsill (Müvafiq sahədə ali təhsilin olması üstünlükdür)
• Dil bilikləri:Azərbaycan dili -əla (rus,ingilis dili arzuolunandır)
• Təcrübə:Müvafiq sahədə minimum 5 il
• Yaş həddi: 30-50
• Əmək haqqı: 400

 

• Sadə və ya mürəkkəb qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi.
• Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə energetikin rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi.
• Zavodun elektrik avadanlıqlarının qoşulması, söndürülməsi.
• Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və zədələnmələrin aradan qaldırılması.
• Gərginlik olan xətlərin kəsilməsi, izolə edilməsi və lehimlənməsi.
• İşıqlandırıcı armaturanın elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması. Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlanılması.

Uyğun namizədlərdən cv-lərini [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız bölgələr üzrə (Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Salyan, Sabirabad, Saatlı, Şirvan, Tərtər)