İşin təsviri
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu.
- İş rejimi: Tam ştat – 6 günlük (şənbə günü natamam iş günü olmaqla)
İşin təsviri:
- Obyektlərdə baxışların keçirilməsi, hesabatların və texniki rəyin tərtibi
- Texniki sənədlərin (layihələr, sxemlər, aktlar, kommersiya təklifləri) hazırlanması və icrasına nəzarət
- Müştəri tələblərinə uyğun həllərin hazırlanması və tətbiqi
- Texniki heyətin işinin koordinasiyası və prosesə nəzarət
- Avadanlıqların təmir və texniki xidmət planlamasının təşkili
Namizədə dair tələblər:
- Ali texniki təhsil (mühəndislik, elektrik mühəndisliyi, mexanika, termodinamika, və ya əlaqəli sahə üzrə) mütləqdir.
- Mühəndislik sahəsi üzrə minimum 2 il iş təcrübəsi
- MS Office proqramlarında işləmə bacarığı, AutoCAD arzuolunandır.
- HVAC layihələrinin oxunması və riyazi-hesablama bilikləri
- Məsuliyyətli, çevik və müştəriyönümlü olmaq
- Komandada işləmək bacarığı və təşəbbüskarlıq
- B1,B2 səviyyəsində İngilis dili biliyi.
Təklif edirik:
- 1000 – 1500 AZN aralığında əmək haqqı (bilik, bacarıq və təcrübəyə əsasən təyin ediləcəkdir.)
- Mükafat və bonus sistemi
- Peşəkar və sabit iş mühiti
- Layihə və obyektlərdə real təcrübə imkanı
- Davamlı inkişaf və təlim dəstəyi
CV-lərinizi “HVAC və elektrik işləri üzrə satış mühəndisi” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.