İqtisadçı

İşin təsviri

Vakansiyanın adı: İqtisadçı

Vakansiyanın kodu: V200821-5
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC
Vakansiya üzrə struktur: İnfrastruktur departamenti, İnfrastruktur Departamenti aparatı, Maliyyə şöbəsi

Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili

İş yerinin ünvanı:

Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İqtisadiyyat / Maliyyə
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office-yaxşı
Tələb olunan xarici dil bilikləri: İngilis-yaxşı

Vəzifə üzrə tələb olunan biliklər :

Mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə biliklər;
Data Analitika üzrə biliklər;
Ms Ofis proqramları üzrə biliklər.

Digər tələb və üstünlük göstəriciləri:

Ünsiyyət bacarığı;
Rus dili - yaxşı səviyyədə;
Nəqliyyat, elektrik və ya rabitə sahəsində iqtisadçı vəzifəsi üzrə təcrübə və biliklərin olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Departamentə daxil olan təsərrüfatların gəlir və xərclərinin təhlil edilməsi;
- Hər bir təsərüffatın göstərdiyi xidmətlərin maya dəyərinin hesablanması;
- Xərclərin optimizasiyası və xidmətlərin maya dəyərinin azaldılması yollarının araşdırılması;
- Əməliyyatlar üzrə əmək, material və digər resursların normativ və limitlər çərçivəsində istifadəsinə nəzarət edilməsi və kənarlaşmaların araşdırılması;
- Büdcə və plan sisteminin daha detallı və dəqiq hesablanması;
- Hər bir təsərrüfatda görülən işlərin, biznes proseslərin optimallaşdırılması;
- Maliyyə modelinin yenilənməsi, proqnozun verilməsi və faktiki göstəricilərlə müqayisə edilməsi;
- Rəhbərliyə təqdimatların hazırlanması;
- Vəzifə öhdəlikləri ilə əlaqədar olan digər işlərin icrası.

Vakansiyanın elan olunma tarixi: 21/08/2020
Son müraciət tarixi: 06/09/2020

Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/861#vp