Mühasib-iqtisadçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Bank əməliyyatlarının həyata keçirilməsi və ilkin uçot sənədlərinin sistemə işlənməsi;
  • Əsas vəsaitlərin və mal-materialların uçotunun aparılması;
  • İdarənin büdcə layihəsinin tərtib edilməsi prosesində iştirak etmək;
  • İdarənin maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində işlənməsini təmin etmək;
  • İdarənin fəaliyyətinin iqtisadi təhlili, görülən işlərin səmərəliliyinin artırılması, ehtiyatların üzə çıxarılması üçün təkliflər vermək;
  • Debitor və kreditor borclara nəzarət, bu barədə aylıq hesabatların tərtib olunması;
  • E-Qaimə fakturaların tərtib olunması və göndərilməsi;
  • Mühasibat sənədlərin tikilməsi, saxlanılması, rəsmiləşdirilməsi;
  • Bütün mühasibat sənədlərinin mühasibat proqramına daxil edilməsi;
  • Qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, kommersiya sirrinin qorunmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində icra etmək.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Analitik düşüncə bacarığı;
  • Məsuliyyətli və dəqiq olmalı;
  • MS Office və mühasibatlıq proqramları üzrə biliklər;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;