Şuşa şəhərinin coğrafiya, tarix, mədəniyyət və turizm potensialına dair məlumatların araşdırılmasında şöbə müdirinə köməklik göstərmək;
Şuşaya təşrif buyuran (rəsmi xətlə) qonaqların qarşılanması, müşayiət olunması və məlumatlandırılmasında iştirak etmək;
Fərqli bazar və səyahət zonaları barədə məlumatları araşdırmaq, toplamaq, məlumatları təhlil edib uyğun turizm marşrutları hazırlamaq;
Maşrutların hazırlanmasında tur bələdçilərlə, digər mütəxəssislərlə işləmək, yeni marşrutları testdən keçirmək;
Hazır turlar barədə turizm biznes subyektlərini mütəmadi məlumatlandırmaq, tur məhsullarının tanıtım işlərini icra etmək;
Turizm biznesi subyektləri və obyektləri ilə görüşlər keçirir, biznes əlaqələri yaradır;
Tur məhsullarının birbaşa qonağa və korporativ tərəfdaşlara satışını təşviq edir;
Gündəlik və aylıq inzibati işləri, tapşırıqları vaxtında icra edir, hesabatların yazılmasını, onların rəhbərliyə ötürülməsini təmin edir;
Satış müqavilələrini nəzarətdə saxlayır;
Birbaşa rəhbərinin göstərişi ilə qoruq layihələrində iştirak edir, turizm tədbirlərinin təşkilini və təbliğini icra edir, müxtəlif növ tanıtım məhsullarının hazırlanmasını, ümumi komunikasiyanı icra edir;
Vəzifə öhdəliyindən irəli gələn digər tapşırıqları icra edir.
Vəzifəyə dair tələblər:
Müvafiq sahə üzrə 2 illik iş stajı
İdarəetmə, iqtisadiyyat və ya humanitar sahələr üzrə ali təhsil
Azərbaycan dilini səlis bilməlidir
İngilis dili C1 səviyyəsi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən digər vakansiyalar