Turizm bələdçisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şuşa şəhərinin coğrafiya, tarix, mədəniyyət və turizm potensialına dair məlumatların araşdırılmasında şöbəyə köməklik göstərmək; 
  • Ərazidə qonaqların qarşılanması, müşayiət olunması və məlumatlandırılmasını təmin etmək;
  • Qonaqları tur marşrutu üzrə təhlükəsizlik qaydaları ilə tanış etmək və onlara riayət olunmasını təmin etmək;
  • Maşrutların və xarici dildə (ingilis və ya rus) marşrut mətnlərinin hazırlanmasında iştirak etmək, tur maşrutların testdən keçirilməsində digər mütəxəssislərlə birgə işləmək;
  • Gündəlik və aylıq inzibati işləri, tapşırıqları vaxtında icra etmək, hesabatların yazılmasını, onların rəhbərliyə ötürülməsini təmin etmək;  
  • Birbaşa rəhbərinin göstərişi ilə idarənin müxtəlif layihələrində iştirak etmək, turizm tədbirlərinin təşkilinə və təbliğinə dəstək olmaq;
  • Vəzifə öhdəliyindən irəli gələn digər tapşırıqları icra etmək.

Vəzifəyə dair tələblər:

  • Tarix, dilçilik və ya humanitar sahələr üzrə ali təhsil 
  • Tur bələdçiliyi üzrə müəyyən iş təcrübəsi 
  • Rus dili və ya ingilis dili biliyi C1-C2 səviyyədə (hər iki dili bilməsi tələb olunmur) 

Qeyd: Bələdçi pozisiyası üçün Şuşa sakininə üstünlük verilir.