Xərclərə Nəzarət şöbəsinin Aparıcı İqtisadçısı/İqtisadçısı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə və qeyri-maliyyə xərc-səmərə təhlilləri aparmaq;
  • Xərclərə nəzarət etmək və xərclərin səmərəliliyini artırmaq üçün strategiyalar hazırlayıb həyata keçirmək;
  • Xərc amillərinin, məsrəf strukturlarının və məsrəf davranış modellərinin təhlilinə cəlb olunmaqla qənaət edilə bilən sahələri və ya xərclərin gözləniləndən çox olduğu sahələri müəyyən etmək üçün xərclərin ətraflı təhlilinin aparılması;
  • Müxtəlif növ xərclərə nəzarət prosedurlarını yerinə yetirmək;
  • Yeni layihələr, təşəbbüslər və ya investisiyalar üçün xərclərin hesablanmasında iştirak etmək. Qərar vermə və layihə planlaşdırma proseslərini dəstəkləmək üçün dəqiq xərclər smetasını hazırlamaq;
  • Xərclərə nəzarət proseslərində qeyri-səmərəliliyi müəyyən edib və effektivliyi artırmaq üçün təkmilləşdirmələri həyata keçirmək;
  • Daxili proseslərin siyasət və prosedurlarını nəzərdən keçirmək.

Tələblər:

  • Təhsil: Ali təhsil (İstənilən sahədə);
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yüksək səviyyə;
  • Proqram bilikləri: Excel; Word; PowerPoint; Outlook;
  • Ünsiyyət qurma bacarığı (şifahi və yazılı);
  • Danışıqların aparılması bacarığı;
  • Qərar vermə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Təqdimat bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Strateji düşünmə qabiliyyəti;

İş rejimi: 5 günlük/ 09:00-18:00

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

İşəgötürənin reytinqi