Nəqliyyat üzrə mexanik

İşin təsviri

Nəqliyyat üzrə mexanik

Namizədə dair əsas tələblər:

• Avtokar və anbar texnikası üzrə 1 ildən az olmayan iş təcrübəsi;

Əsas vəzifə və öhdəliklər:

• Nəqliyyat vasitələrində ortaya çıxan mexaniki və texnoloji problemləri ən qısa zamanda həll edərək ləngimələrin qarşısını almaq.
• Təmir və yoxlama işləri üçün lazım olan alətlərin olub olmadığını yoxlamaq, əgər alətlər əksik və ya yoxdursa, sifariş verilməsi üçün müvafiq səlahiyyətli şəxsə məlumat vermək.
• Nəqliyyat vasitələrini işlək vəziyyətə gətirilməsini hazır plan əsasında həyata keçirmək və görülən işləri müvafiq tələb formuna qeyd etmək.
• Görülən işləri müvafiq səlahiyyətli şəxslərə təslim etmək və məlumat vermək.
• Təmir olunacaq və ya dəyişiləcək ehtiyat hissələri, o cümlədən işin nə qədər vaxt
aparacağına dair nəzarətçinin təlimatlarına riayət etmək.
• Tapşırıq üçün müvafiq əl və mexaniki alətlər seçmək.
• Təmir işlərinin ardıcıllığını planlaşdırmaq.
• Təmir avadanlıqlarını seçmək.
• Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq.

İŞ SAATI

Həftə ərzində 5 günlük iş qrafiki.

• İş saatı: 09:00-18:00
• Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.