Kiçik Elektrik mühəndisi

İşin təsviri

Vəzifə:  Kiçik Elektrik mühəndisi

Vəzifə öhdəlikləri

 Dizayn, təhlükəsizlik, etibarlılıq və səmərəliliyin inkişaf etdirilməsi məqsədilə fəaliyyətlə bağlı təkmilləşdirmələrin araşdırılması üzrə texniki ekspertiza təşkil etmək;
 Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlaya biləcək şəxsi keyfiyyətə malik olmaq;
 Tender təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək;
 Əməliyyat və istismar xərclərinin azaldılması və istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək;
 Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək; Müəssisə daxili maliyyə smetasının qiymətləndirilməsi; layihələr üzərində kodların və zona bölgüsünün təsiri; xərclərin optimallaşdırılması; Mexaniki/elektrik koordinasiya prosesinə nəzarət; sistematik konstruktivlik icmalı; istismar müddətinin təhlili də daxil olmaqla elektrik sisteminin seçilməsi; elektrik sistemi tənzimləyicisi seçimlərinin təhlili və sistemlə bağlı tövsiyyələr vermək;
 Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək;
 Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
 Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək;
 Müştərilər, podratçılar, memarlar, və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil etmək;
 Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
 Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq; resurs tələbatlarını müəyyənləşdirmək; müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək; resursları müvafiq qaydada bölüşdürmək;
 Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların, və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək.
 Bütün müəssisələr və avadanlıqlar üçün profilaktik baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək;
 Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə məsuliyyət daşımaq;
 Podrat işinin təşkili üçün podratçılarla qarşılıqlı əlaqələr qurmaq;
 Sualları cavablandırmaq və ictimaiyyəti məlumtalandırmaq; Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə tövsiyyələr vermək;
 Şikayətləri qeyd etmək və onlar barədə SD Müəssisə Menecerinə həftəlik hesabat vermək.

Vəzifənin tələbləri

 Obyektlərin idarə olunması, tikinti və ya oxşar vəzifə ilə bağlı 0-3 illik iş təcrübəsi;
 Bakalavr dərəcəsi;
 Bütün fərdlər və şəxslərlə açıq ünsiyyət və işləmək bacarığı, gülərüz, həvəsli;
 Düzgün iş prosesini inkişaf etdirmə bacarığı.
 Davamlı ünsiyyət və münaqişələrin həll edilməsi bacarığı;
 Mükəmməl təqdimat bacarığı;
 Başqaları ilə bacarıq və bilikləri bölüşmək qabiliyyəti;
 Sınaqdan keçirilən şəxslərarası, şifahi və yazılı ünsiyyət bacarıqları;
 Vaxtını düzgün idarə edilməsi;
 İ.T.üzrə lazımi biliklər.
 Bütün hallarda həmkarlarına məsləhət vermək və ya dəstək olmaq bacarığı və istəyi;
 Güvənilən və etibarlı, nəzarət olunmayan iş qabiliyyəti.

Necə müraciət etmək olar

1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizi [email protected] email ünvanına göndərmək.