Satış təmsilçisi (Ekspeditor)

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 16.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“A+CO” MMC şirkəti “Satış təmsilçisi (Ekspeditor)” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

• Göstərilən vəzifə üzrə Qida sektorunda (mütləq) ən azı 1 il iş təcrübəsi;
• BC kateqoriyalı sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin olması şərtdir.
• Bakı şəhəri üzrə səyyar köşklərlə əməkdaşlıq etmiş namizədlər.

Vəzifə öhdəlikləri:

• Şirkət məhsullarının sifarişlərini qəbul etmək;
• Davamlı olaraq Satış məntəqələrini ziyarət edərək məhsul çatışmamazlığını müəyyən etmək;
• Şirkətin məhsullarının ərazilərdə satışını təşkil etmək;
• Şirkətə məxsus məhsulların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşünü təmin etmək;
• Şirkətə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin etmək;
• Satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək və məsuliyyət daşımaq;
• Birbaşa tabe olduğu Bölgə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
• Birbaşa tabe olduğu Bölgə müdirinə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat vermək;
• Satış nöqtəsinin anbarındakı Şirkətə məxsus məhsulların varlığına nəzarət etmək;

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Satış təmsilçisi" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.