Şəbəkə inzibatçılığı şöbəsi, mütəxəssis

İşin təsviri

Dövlət orqanının adı : “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
Departament : İT İnfrastrukturun idarəedilməsi departamenti
Şöbənin adı : Şəbəkə inzibatçılığı şöbəsi
Vəzifənin adı : Mütəxəssis
Ünvan : Bakı şəhəri, Atatürk prospekti 89/91

Vəzifə funksiyaları:

• Şəbəkə avadınlıqlarının müntəzəm olaraq monitorinqi
• Şəbəkədə yaranan problemlərin qisa müddətdə analizi və problemin aradan qaldırılması
• Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;
• Şəbəkədə edilən dəyişiliklərin və problemlərin qeydiyyatının aparılması
• Şəbəkə dayanıqlığın təmin edilməsi və lazımı tədbirlərin görülməsi
• Bütün tapşırıqların intranet-task sistemi üzərində qeydiyyatı və icrası
• İPAM sistemi üzərində istifadə edilən ip-lərin müntəzəm olaraq qeydiyyatının aparılması
• Şəbəkə avadanlıqlarında OS-lərin ən son stabil versiyaya uyğun olaraq yenilənməsi və yoxlanılması
• Şəbəkə avadanlıqların müntəzəm olaraq konfiqurasiya backup-larının alınması
• İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
• 24/7 mövcudluğu;
• informasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflər hazırlaması
• Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirilməsi.

Təhsil və ixtisas tələbləri

• İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə ali təhsili olanlara üstünlük verilir
• CCNA, CCNP Routing and Switching, CCNA Security sertifikatlarına sahib olması arzuolunandir
• Network istehsalçı firmalarının (Cisco, Palo Alto, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübə

Peşəkar bacarıqlara dair tələblər

• LAN, WAN və WLAN şəbəkələri və IT infrastrukturunun dizaynı, quraşdırılması və idarəedilməsi, yaranan problemlərin aradan qaldırılması
• Şəbəkə avadanlıqların (NGFirewall, Router, Switch, Access Point, Wireless Controller v.s) təhlükəsizlik qaydalarına uyğun formada hazırlanması və idarəedilməsi
• Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olmasi. (Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SİP, HSRP, VRRP, GLBP, İPSec, GRE, İPS/İDS, VPN, TCP/IP, DHCP v.s)
• Static və Dynamic routing protokollari ilə işləmək bacarığı (EIGRP, OSPF , BGP )
• İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və yaranan problemlərin aradan qaldırılması
• VPN texnologiyaları ilə işləmək bacarığı ( Site-to-Site, Remote Access, DMVPN)
• Təhlükəsiz şəbəkə girişinin idarəedilməsinin təmin edilməsi üçün ISE software (Identity Services Engine) və TACAS, RADİUS kimi protokollar ilə işləmək bacarığı
• L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi ( PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs), VLAN ACLs (VACLs), Standart, Extended ACLs v.s)

• Xarici dil bilikləri

İngilis və rus dilləri üzrə biliklər:
ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

İş təcrübəsi

• Sahə üzrə iş təcrübəsi ən azı 2 il

İş yerinin əlavə faydaları

• Performansa uyğun əlavə ödənişlər
• Həm komandada, həm də müstəqil tapşırıqlar
• Şəxsi inkişaf imkanları
• Tibbi Sığorta

Son müraciət tarixi: 02.09.2020-ci il
Müraciət üçün: [email protected]