Kollektor (İsmayıllı)

  • NBCO KredAqro
  • Elanın qoyulma tarixi: 11.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kollektor (İsmayıllı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İsmayıllı şəhərində yerləşən filialı üçün Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
• Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

• İş yeri: İsmayıllı şəhəri;
• Ali təhsil;
• Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
• Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Etibarlı sürücülük vəsiqəsi;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Müştərilərlə davranış etikası.

İş şəraiti:

• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.