Daxili Auditor

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə edilməsi metodikalarının hazırlanması və tətbiqi;
  • Risklərin səviyyəsinə dair məqbul itki hədlərinin müəyyənləşdirilməsi və bununla bağlı tədbirlərin həyata keçirilməsi;
  • Risklərin minimuma endirilməsinə yönəlmiş cavab tədbirlərinin və prosedurların hazırlanması və tətbiqi;
  • Risk hadisələrinin təhlili və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin təşkili;
  • Risklərin idarəolunması sisteminin vəziyyətinin analizi və proqnozlaşdırılması;
  • Xarici mühitin dəyişməsi ilə əlaqədar yarana biləcək potensial risklərin və təhdidlərin müəyyənləşdirilməsi və öyrənilməsi;
  • Kritik biznes proseslərinin və risk mənbələrinin aşkarlanması;
  • Risklərin idarə olunması üçün ayrılmış kapitalın, maliyyə resurslarının və ehtiyatların kifayətliliyinin qiymətləndirilməsində iştirak;
  • Risklərin qarşısının alınması üzrə profilaktik tədbirlərin təşkili;
  • Əməliyyat risklərinin, müqavilə tərəflərinin və müştərilərin risklərinin operativ təhlili;
  • Risklərin azaldılması üzrə tövsiyələrin hazırlanması, risklərlə əlaqəli əməliyyatların razılaşdırılmasında iştirak;
  • Risklərin idarə olunması üzrə daxili normativ sənədlərə uyğun şəkildə struktur bölmələr və əməkdaşlarla koordinasiyanın təmin edilməsi;
  • Risklərin idarə olunması üzrə metod və alətlərin öyrədilməsi məqsədilə əməkdaşlar üçün təlim proqramlarının hazırlanması;
  • Risklərin idarə olunması üzrə daxili hesabatların hazırlanaraq məsul şəxslərə və idarəetmə orqanlarına təqdim edilməsi;
  • Tənzimləyici orqan və xarici auditorlarla əməkdaşlıq: sorğulara cavabların hazırlanmasında, hüquqi mövqenin formalaşdırılmasında və tematik görüşlərdə iştirak;
  • Tənzimləyici orqanın və ya auditorların planlı və ya planlaşdırılmamış yoxlamalarında iştirak.

Tələblər:

  • Fiziki və hüquqi şəxslərin kreditləşdirilməsi proseslərinin, eləcə də risklərin idarə olunması sisteminin təşkili prinsiplərinin dərindən anlaşılması;
  • Bank və ya mikromaliyyə təşkilatında iş təcrübəsi, hər iki təşkilati forma üzrə tənzimləyici orqanın (Mərkəzi Bank və s.) tələblərini başa düşmək və tətbiq etmək bacarığı;
  • Maliyyə təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin əsasları üzrə biliklər (banklar və bank olmayan kredit təşkilatları üzrə normativ hüquqi aktlar və qaydalar);
  • Rus dili mütləqdir

Biz təklif edirik:

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Rəqabətqabiliyyətli əməkhaqqı
  • Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı

İş şəraiti:

  • İş qrafiki: (Bazar ertəsi - Cümə / 08:30-17:30, tam ştat)
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
  • Limitsiz çay, kofe və mehriban kollektiv

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Daxili Auditor)  qeyd etməklə göndərmələri xahiş olunur.