Satış meneceri

İşin təsviri

Satış meneceri

- Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC

- Əsas iş yeri: Bakı şəhəri və Qazax rayonu (Daş Salahlı kəndi)

Namizədə tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
• Sürücülük vəsiqəsi olmalı;
• MS Office – Word, Excel, Power Point proqramlarını bilməli;
• Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı, təşkilatçılıq qabilyyətinə malik olmalı;
• Xidməti zərurətlə əlaqədar bölgələrə mütəmadi olaraq səfər edə bilməli.

Əsas vəzifə öhdəlikləri:

• Satış strategiyasına uyğun siyasəti həyata keçirmək, korporativ müştərilər və pərakəndə diler şəbəkəsinin satış prosesinə nəzarət etmək, satış prosesində aktiv və fəal iştirak etmək;
• Öz ərazisinə məxsus pərakəndə satış hədəflərini təmin etmək;
• Bazarda rəqiblərin fəaliyyəti haqqında məlumat toplamaq və şöbələri məlumatlandırmaq;
• Aylıq hesabatlar hazırlamaq və xətt rəhbərinə təqdim etmək;
• Satış həcmini, qiymətləri, bazar payını və müştəri davranışını müəyyənləşdirmək;
• Cavabdeh olduğu ərazidən daxil olan müştəri şikayətlərinin araşdırılmasına dəstək göstərmək;
• Müştərilərlə mütəmadi olaraq görüşlər keçirmək;
• Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

• Nahar;
• Xidməti avtomobil;
• Aylıq mobil rabitə limiti;
• Əmək haqqı – razılaşdırılmış minimal maaş və əlavə satış bonus sistemi;

E - mail : [email protected] . Mövzu hissəsində "Satış meneceri " qeyd olunması zəruridir.