Kiçik Korporativ Hüquqşunas

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 16.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əlavə məlumat

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Kiçik Korporativ Hüquqşunas / Junior Corporate Lawyer

Vəzifə öhdəlikləri

• Müxtəlif növ müqavilələrin, Müqaviləyə əlavələr, əlavə razılaşmalar və dəyişikliklərin hazırlanması və ekspertizasında iştirak
• Müqavilələrin qeydiyyatının aparılması və arxivləşdirilməsi
• Müqavilənin icrası ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edilməsi
• Müqavilə və əlavələrinin xitamı, ləğvi və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət edilməsi.
• Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində aşkar olunan hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsində iştirak
• Dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla yazışmalarda iştirak edilməsi, hüquqi sorğuların cavablandırılması
• Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək;
• Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək
• Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi;

Tələblər

• Təhsil : Təhsil - Ali ( hüquq, beynəlxalq hüquq)
• Təcrübə: Əlaqədar sahədə minimum 1 il
• Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
• İT üzrə biliklər: MS Office (xüsusilə MS Word yüksək səviyyədə)

Texniki Bacarıqlar

• Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, Əmək, Vergi və İnzibati Xətalar Məcəlləsi üzrə biliklər
• Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər

Səriştəlik

• Məsuliyyətli,disiplinli,açıq fikirli
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət,fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Kiçik Korporativ Hüquqşunas” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi