Grand Agro MMC


“Grand-Agro” MMC 2017-ci ildə təsis edilmişdir. Şirkət “PMD Group” MMC-nin Kənd Təsərrüfatı və İstehlak Məhsullarının İstehsalı Qrupuna daxildir. Şirkətin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin əsas məqsədi Abşeron yarımadasında kənd təsərrüfatının inkişafına öz töhfəsini verməklə istehlakçıları keyfiyyətli ərzaq məhsulları ilə təmin etməkdir. Grand-Agro fəaliyyətini həyata keçirərkən yerli əhalinin rifahının yüksəlməsinə, ekologiyanın və ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayırır. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?