Anbardar

  • Iceland
  • Elanın qoyulma tarixi: 08.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İceland” ticarət nişanı ilə tanınan , 20 ildən artiq dondurma istehsalı üzrə lider olan “Camal LTD” şirkətinin Anbar bölümünə Anbardar tələb olunur.

Vəzifə öhdəliklər:

 Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
 Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
 Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
 Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
 Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
 Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
 Anbarda mövcud bütün mal - materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
 Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
 Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
 Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
 Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
 Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
 Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
 İstehsala tələb olunan mal – material ilə təmin etmək sərfiyyat barədə müvafiq hesabatları təqdim etmək;

Namizədə olan tələblər:

 Cinsi – Kişi
 Yaş 35-48
 Müvafiq sahədə iş təcrübəsi;
 1C 8.3 versiyasında sərbəst işləmək bacarığı

Özünü müvafiq vakansiyada sınamaq istəyən namizədlərdən [email protected] ünvanına “Anbar Bölümünə Anbardar” başlığı altında CV göndərmələri xahiş olunur.

Iceland tərəfindən digər vakansiyalar