İşin təsviri
Tələblər
- Ali iqtisadi (Marketinq, Biznesin idarə edilməsi, BİM və.s) təhsil;
- MS Office proqramları
- 1C. 8.3 proqramı (arzuolunandır)
- Dil bilikləri: Rus dili, İngilis dili Yaxşı (danışıq səviyyədə bilməlidir)
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi
- Ezamiyyətlərə hazırlıqlı olmalı;
Öhdəliklər
- Effektiv planlama və düzgün qiymət siyasəti ilə Şirkətin satış hədəflərinin müəyyən edilməsi
- Yeni satış kanallarının tapılması, satışın stimullaşdırılması
- Şirkətin satış strategiyasının hazırlanması
- Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi
- Daxili və Xarici bazarı araşdırmalı satışı həyata keçirdə bilməsi üçün bütün kanallardan istifadə etməli.
- Satış üzrə təqdimat və təkliflərin hazırlanması
- Satış nümayəndələrinin qarşısına düzgün satış hədəflərinin qoyulması
- Şirkətin məhsul və qiymət planlamasını hazırlamaq;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsini təmin etmək;
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
- Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
- Müştəri bazasının saxlanılması, təhlili və sistemləşdirilməsi üzrə işin təşkili;
- Şirkətin satış planlarının yerinə yetirilməsi proseslərinin təmin olunması;
- Şöbə üzrə bonus hesablanma qaydasının təyin edilməsi.
- Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;
- Ünsiyyət, tədqiqat, təşkilatçılıq, problem həll etmə, analitik yazı və təqdimat bacarıqları;
- Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış barədə məlumatları təhlil etmək;
İş şəraiti
- İş rejimi – 6 günlük
- Əmək haqqı - Tərəflərin qarşılıqlı razılığı əsasında.
- Nahar şirkət tərəfindən qarşılanır.
- Korporativ nömrə ilə təmin olunma
Uyğun namizədlər CV-lərini mövzu hissəsinə “Satış müdiri” yazaraq mail adresinə göndərə bilər və ya (+99455) 5003207 nömrəsi ilə əlaqə saxlaya bilər.