Mühasib

  • Buta Agro
  • Elanın qoyulma tarixi: 06.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MÜHASİB

İŞİN TƏSVİRİ

− Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərəvə s. hesabı) yerinə yetirir ;
− Vergi , Statistika, digər büdcə ilə hesablaşmalar və hesabatlılığın təşkilində yaxından iştirak edir,
− Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir ;
− Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır;
− Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı Bank və Kassa əməliyyatlarının icrasını və mühasibat hesabında əks etdirilməsini təşkil edir;
− Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir ;
− Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir ;
− Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində iştirak edir ;
− Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
− Vergi qanunvericiliyi, Mühasibat uçotunun yeni hesablar planı, Milli və Beynəlxalq mühasibat uçotu standartlarından məlumatlı olmaq;
− 1C Proqramında (8.2 ; 8.3) , Logo Unity mühasibatlıq proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
−  Mühasibatlıq proqramının inteqrasiyası
− Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;

E-mail: [email protected]