Müştəri xidmətləri üzrə kiçik mütəxəssis ( Sumqayıt şəhəri )

İşin təsviri

Master Builders Solutions Azerbaijan

Müştəri xidmətləri üzrə kiçik mütəxəssis

Bu vəzifə üzrə əsas tələblərimiz:

• Ali təhsil;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Yüksək ünsiyyət qabiliyyətinin olması;
• Gülərüz, səbrli, komandada işləmək bacarığı;
• Microsoft Office proqramından mükəmməl istifadə bacarığı;
• Azərbaycan dilini səlis bilməsi;
• İngilis dili bilikləri yüksək olan namizədlərə üstünlük veriləcəkdir.

Müştəri xidmətləri üzrə kiçik mütəxəssisin vəzifələri:

• Müştərilərdən və satış departamentindən sifarişləri qəbul edərək, anbarda mövcudluğunu yoxlayaraq, sifarişləri təsdiqləyir;
• Sifariş edilən malların qiymətlərini müvafiq əsaslarda (qiymət listəsi, qiymət razılaşdırma protokolu və digər) yoxlayır və rəhbərliyə məlumat verir;
• İstehsalat proseslərindən topladığı məlumatları vaxtında və doğru şəkildə satış şöbəsinə və müştərilərə çatdırır;
• Məhsulların daşınması və sifarişlərin çatdırılması üçün istifadə olunan bütün nəqliyyat vasitələrinə nəzarət edir və təhvil-təslim prosesini təşkil edir, proaktiv sifarişçilərinin monitorinqini aparır, sifarişlər və onların çatdırılma müddəti ilə bağlı müştəriləri daimi məlumatlandırır;
• Kreditor və debitor borclara nəzarət edir, vaxtı çatan borcların ödənməsini təmin edilməsinə köməklik göstərir;
• Daxili qaydalara əsasən müştərilərlə yazışmaların aparılması, problemli müştərilər haqqında satış müdirini məlumatlandırır;
• Müştəri üzrə qeyri-uyğunsuzluqları satış departamenti ilə razılaşdırır;
• Müntəzəm olaraq satış departamenti ilə informasiya mübadiləsini aparır;
• Satış proseduruna uyğun məhsullar, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri və servis xidməti haqqında tam, hərtərəfli məlumatlar verir, satış prosesi sona çatana qədər müştərini müşayiət edir;
• Müştəri şikayətlərinin həlli və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görür.

Kişi namizədlərə üstünlük veriləcək.

İş qrafiki: 08:30 - 17:30

Ünvan: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Nasosnı)

Tərcümeyi-halınızı 30 iyul 2020-ci il tarixindən gec olmamaq şərti ilə [email protected] elektron ünvanına subject/mövzu hissəsində “Müştəri xidmətləri üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.

Əlaqə üçün nömrə: +99450 224 80 59

Master Builders Solutions Azerbaijan tərəfindən digər vakansiyalar