Mikrobioloq

  • Avrora
  • Elanın qoyulma tarixi: 01.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə - Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.

Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

Elan : “Mikrobioloq

İşin qısa təsviri :

Mikrobioloji zərurət halı olan xammalın analizinin həyata keçirilməsi, nümunələrin analizi üçün reaktivlərin hazırlaması, metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrinin emal edilməsi, sistemləşdirilməsi, rəsmiləşdirməsi və onların hesabatının hazırlanması.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• Qida məhsullarının içkilər və un məmulatlarının mikrobioloji analizlərinin aparılması;
• Analiz ediləcək qida məhsullarının normativ sənədlərinə və sanitariya -gigiyena tələblərinə uyğun müayinələrinin tam formada həyata keçirilib dəyərləndirilməsinin həyata keçirilməsi;
• Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nətəcələr üzrə rəyin verilməsi;
• Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması;
• Sənədlərin tərtib edilməsi və keyfiyyət şəhadətnaməsində mikrobioloji nəticələrin təsdiqlənməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Qanunvericiliyin əsaslarnı ( AZS, GOST, SANPİN, Metodik qaydalar), əməyin mühafizəsi, təhlükəsizıik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair biliklər;
• Laborator və analitik avadanlıqlardan istifadə qaydalarına dair biliklər;
• Müayinə metodikalarına dair biliklər;
• İstehsalatdan nümunələrin götürülmə qaydalarına dair biliklər;
• Hesabatların aparılması qaydalarına dair biliklər;

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali ( biologiya, mikrobilogiya və tibbi sanitariya-mikrobiologiya üzrə);
• İş təcrübəsi : Mikrobioloq (qida sahəsi üzrə) kimi minimum 2 il iş təcrübəsi;
• Dil bilikləri : Azərbaycan və rus dillərində sərbəst danışmaq qabiliyyəti;
• Kompüter bilikləri : MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı.

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 08:00-17:00;
• İş yeri : Hökməli qəsəbəsi;
• Nahar və servis şirkət tərəfindən təmin olunur;
• Tibbi Sığorta ilə təminat.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mikrobioloq” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi