2017-ci ildən etibarən fəaliyyət göstərən , yerli fast food brendi olmaqla, paytaxtda 10 filiala sahib “Əjdaha” MMC” Çağrı Mərkəzi üzrə Operator vakansiyasını açıq elan edir.
Tələblər:
İş təcrübəsi- 2 il;
Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst bilməli;
Təhsilə olan tələblər: Ali təhsilli;
Yaş həddi: 20-30;
Ünsiyyətcil və səlis danışıq səriştəsi.
Vəzifələr:
Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
Qarşıya çıxmış problemin operativ həlli məqsədilə,müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək;
Müdiriyyətin göstərişlərinin vaxtında yerinə yetirilməsi və hesabatın hazırlanıb təqdim edilməsi.
İş şəraiti:
İş qrafiki növbəlidir və ofis daxilidir.
Maraqlanan namizədlərdən mövzu hissəsində “Çağrı Mərkəzi üzrə Operator” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.