Məzmun redaktoru

  • Kibrit
  • Elanın qoyulma tarixi: 02.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

IT və telekommunikasiya, mobil xidmətlər sahələrində 20 illik təcrübəyə malik olan, ölkənin bütün mobil operatorları ilə (Azercell, Bakcell, Nar) əməkdaşlıq edən, bununla yanaşı Formula-1, JARA Festivalı və s. kimi tədbirlərin təşkilində texniki dəstək verən, Crystal Hall, Dəniz bulvarı və s. kimi məkanların texniki dəstəyini həyata keçirən Kibrit.tech şirkəti öz peşəkar komandasına yeni Məzmun redaktoru axtarır!

Tələblər:

1. Ali təhsil (jurnalistika və filologiya təhsili olanlara üstünlük verilir);
2. Dil bilgisi: azərbaycan (yazılı - mükəmməl) və rus dilləri;
3. MS Office proqramları biliyi;
4. Minimum 1 il iş təcrübəsi (şou-biznes sahəsində və ya saytlarda işləmişlərə üstünlük verilir);
5. Diqqətli olması vacibdir.

Şərtlər:

1. Tam iş günü (həftədə 5 gün), saat 9:30-18:30;
2. Əmək müqaviləsi ilə başlanğıcda 700 manat əmək haqqı;
3. Nahar şirkət tərəfindən verilir;
4. Tibbi sığorta.

Vakansiyaya uyğun şəxslərdən CV-lərini 15.06.2020 tarixinədək "Content editor-2020" başlığı (subject) ilə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi