Daxili Nəzarət üzrə şöbə müdiri

  • Elanın qoyulma tarixi: 26.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Daxili Nəzarət üzrə şöbə müdiri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 5 il iqtisadiyyat, maliyyə və ya audit sahəsində iş təcrübəsi
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-40

İşin Təsviri: Operativ yoxlama və nəzarət prosesinin idarə olunması

Vəzifə öhdəlikləri:

- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq və nəzarətini təmin etmək;
- İş prosesində baş vermiş neqativ halları aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək;
- Şirkət daxili nizam intizam pozuntularına nəzarət etmək və intizam pozuntuları aşkarlandıqda sənədləşdirməni təmin etmək;
- İnventarizasiya prosesinin icrası zamanı aşkarlanmış hətta müştərilər ilə yaranmış hər hansı problemlərin araşdırılıb aktlaşdırılmasını təmin etmək ;
- Aylıq və illik hesabatları rəhbərliyə təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra edilməsini təmin etmək .

Tələblər:

- Dəqiq və məsuliyyətli olmaq;
- Yüksək analitik təhlil və yaradıcılıq qabiliyyəti;
- Ünsiyyətcil və operativ olmaq;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İqtisadi və hüquqi bilikləri olmalı;
- Rus dili əla,ingilis dili arzuolunandır;
- Şəxsi avtomobili və sürücülük vəsiqəsi olmalı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili nəzarət üzrə şöbə müdiri ” yazmaqla CV göndərərək müraciət edilir.