Texniki xidmət mərkəzinin rəhbəri

İşin təsviri

Vakansiya: Texniki xidmət mərkəzinin rəhbəri

Tələblər:

• Texniki sahə üzrə - Ali təhsil
• Məişət texnikası sahəsində iş təcrübəsi - 5 il
• Yüksək səviyyədə Azərbaycan , Rus və İngilis dili bilikləri
• İdarəçilik sahəsində əlavə təhsilə üstünlük veriləcək
• Şirkətdə texniki xidmət mərkəzinin idarəedilməsi sahəsində təcrübə
• Təmir işlərinin qeydiyyatına, müvafiq hesabatların hazırlanmasına nəzarəti həyata keçirmək.
• Anbar nömrələməsinə uyğun ehtiyat hissələrinin sıralanması
• Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar

Vəzifələr:

• Məişət texnikası xidməti sahəsində effektiv iş rejiminin təşkil olunması,tapşırıqların və keyfiyyət göstəricilərinin təyin edilməsi
• Texniki xidmətin strateji və operativ idarəçiliyinin təşkili, texniki xidmət sahəsi işinin planlı və fasiləsiz təmin olunması, xarici vendorlar, təchizat və xidmət mərkəzləri ilə qarşılıqlı münasibətlərin qurulması
• Vendorlar və təchizatçılarla reklam işlərinin təşkili
• Servis xidmətinin maliyyələşdirilməsində iştirakı
• Reklam edilən, qüsurlu və güzəştli malların mühasibat strukturunun optimallaşdırılması
• Ehtiyat hissələri, materiallar üzrə sifarişləri tərtib etmək və onların düzgün istifadəsinə nəzarəti həyata keçirmək;
Texniki xidmətlərin monitorinqinin təşkili , ehtiyac olduğu halda regional xidmət şəbəkəsinin yaradılması və texniki xidmətlərin autsorsinqi
• Avadanlıqların montaj və təmir işlərinin idarəedilməsi (motivasiya, vəzifə təyinləri və nəzarət)

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-VI iş günləri, VII istirahət günləri

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Texniki xidmət mərkəzinin rəhbəri” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.