Vakansiya: Mühasib
“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-yə Mühasib vəzifəsinə vakansiya mövcuddur.
Tələblər:
• Maliyyə və mühasibatlıq ixtisası üzrə Bakalavr dərəcəsi
• İngilis dili (orta) və rus dili (əla) bacarığı
• Sahə üzrə ən azı 2 il iş təcrübəsi
• IT bilikləri: 1C enterprise, MS Office
Əsas vəzifələr:
• Gündəlik maliyyə və mühasibatlıq əməliyyatlarını yerinə yetirmək;
• Aylıq maliyyə hesabatları, ödənişləri, nəğdləşdirmə hesabatlarının idarə edilməsini həyata keçirmək;
• Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
• Digər kreditor və debitorlar ilə hesablaşmaların aparılması;
• Mal-material uçotu;
• Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
• İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması;
• Təhtəlhesab şəxslər üzrə avans hesabatlarının hazırlanması və həmin hesablara nəzarət.
Namizəddə axtarılan xüsusiyyətlər:
• 1C proqramının 8.3 və ya 7.7 versiyasında işləmə təcrübəsi
• Mühasibatlıq uçotu və Vergi Məcəlləsini bilmək
• Əmək qanunvericiliyi və Əmək təhlükəsizliyi haqqında biliklər
• Yüksək ünsiyyət və sərbəst işləmə bacarığı
Namizədi seçimlərdə fərqləndirən üstünlük:
• ACCA F3 sertifikatı
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 - 18:00
Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.
https://www.21esr.com/career/jobaz/vacancy/19-quot-xxi-asr-beynalxalq-tahsil-va-innovasiya-markazi-quot-mmc-ya-muhasib