Mühasib

  • Elanın qoyulma tarixi: 13.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-2 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Mühasibatlıq əməliyyatlarının yerinə yetirilməsi və nəzarət edilməsi

Vəzifə öhdəlikləri:

- Mühasibat hesabatlarının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
- Sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirib,sənədlər mübadiləsi prosesinin düzgün qurulmasını təşkil etmək;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;

Tələblər:

- Mühasibatlıq və Vergi qanunvericiliyi biliyi;
- MC Office proqramları və 1С 8.3 proqramı biliyi;
- Azərbaycan və rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib” yazıb CV göndərməklə müraciət edə bilərsiniz.