QA/QC specialist

  • Global Management
  • Elanın qoyulma tarixi: 10.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

QA/QC specialist 

Tələblər:

- Ali təhsil və müvafiq vakansiya üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi;
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli ;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;

Vəzifə Öhdəlikləri:

- ISO standartları üzrə daxili sənədləşmənin hazırlanması və qeydiyyatı (sistemin təkmilləşdirilməsi) ;
- İşlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək;
- Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək, Keyfiyyətsiz işlərin, xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planının və İşlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
- Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanmasında, onların vaxtında və düzgün şəkildə tətbiq olunmasında iştirak etmək;
- Prosesləri, prosedurları, qaydaları müəssisənin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək;
- Keyfiyyət idarəetmə sisteminin beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üçün illik plana əsasən audit proqramlarının hazırlanmasında, plana uyğun olaraq daxili qiymətləndirmə üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Keyfiyyət idarəetmə sisteminin Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanmasında və sistemləşdirilməsi işində iştirak etmək;
- Keyfiyyət idarəetmə sisteminə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək;

İş şəraiti :

- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə ilə işə qəbul
- İş rejimi : Həftə içi 5 gün ( saat 09:00 – 18:00)

E-mail: [email protected] ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Global Management tərəfindən digər vakansiyalar