Marketinq Menecerinin Assistenti

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 28.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İceland” ticarət nişanı ilə tanınan , 20 ildən artiq dondurma istehsalı üzrə lider olan “Camal LTD” şirkətinin hər gün böyükməkdə olan Marketinq Departamentinin işçi heyətinə “Marketinq Menecerinin Assistenti” vəzifəsinə işçi tələb olunur.

Namizədə olan tələblər:

 İxtisas üzrə təhsilin olması arzu olunandır. Marketinq və reklam alətləri, onların istifadə qaydaları, İnternet-Marketinq spesifikasiya üzrə biliklər;
 Yeni mətnlər yazma və ya mövcud mətndə düzəlişlər etmə bacarığı;
 Ofis proqramlarında sərbəst işləmək bacarığı, Adobe Photoshop, Corel Draw, Canva tipli proqramlarda orta səviyyədə işləmək bacarıqları;
 Azərbaycan, Rus dillərində sərbəst danışıq, İngilis dili orta;
 Dinamiklik və yüksək kommunikabellik
 Analitik düşünmə və kreativlik;
 Marketinq istiqamətində inkişaf ederek karyera qurmaq istəyi;

Vəzifə öhdəlikləri:

 Vəzifənin də adından göründüyü kimi, işçinin birbaşa işi departament rəhbərinin bütün işlərində yardım etmək, onun tapşırıqları əsasında işin gedişatını nəzərdə saxlamaq;

Bundan əlavə:

 Şirkətin WEB səhifəsinin analizi və işlənməsi (content yeniləmək, media yeniləmək və s);
 Texniki dəstək göstərən komanda ilə birgə iş, SMM xidmətə nəzarət;
 Tədbirlərin təşkil edilməsində dəstək göstərmək;
 Müəssisənin reklam işlərində yaxından iştirak etmək: POSM məhsullarının sifarişi, qəbulu, osif daxilində paylanılması;

Özünü müvafiq vakansiyada sınamaq istəyən namizədlərdən [email protected] ünvanına “Marketinq Menecerinin Assistenti” başlığı altında CV göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi