Marketinq üzrə mütəxəssis

  • Technoil LLC
  • Elanın qoyulma tarixi: 26.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Marketinq üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Şirkətin marketing siyasətinin planlaşdırılması
• Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi
• Bazar araşdırması və lazımi analizlərin aparılması
• SMM və internet marketing ilə işləmə bacarığı
• Qrafik və dizayn işlərinin tərtib edilməsi
• Müştərilərlə əlaqələrin idarəsinə nəzarət

Vəzifəyə olan Tələblər:

• Ali təhsil (Marketinq sahəsində təhsil arzu olunandır)
• Yalnız kişi namizədlər tələb olunur.
• Marketinq sahəsində minimum 2 il iş təcrübəsi
• Kreativ proyektlərin reallaşdırılması təcrübəsi
• Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri yaxşı səviyyədə
• Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər
• Şəxsi avtomobilinin və “B” kateqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir.

Vəzifədən irəli gələn səriştələr:

• Operativlik
• Punktuallıq
• Komanda ilə işləmə bacarığı

Əmək şəraitinin şərtləri

• İş yeri Bakı şəhərində yerləşir
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• İşə qəbul AR ƏM əsasında
• Qidalanma, mobil rabitə, yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən təmin edilir.
• Əmək haqqı razılaşma yolu ilə.

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV - lər 10 Mart 2020-ci il tarixinədək qəbul olunur.

Xahiş edirik, mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.