Barmen

  • MOGAN Hotel
  • Elanın qoyulma tarixi: 25.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Barmen

MOGAN Hotel

Əsas Öhdəliklər :

- İaşə şöbəsinin menyusunda olan içkilər haqqında məlumatlı olmaq.
- İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
- Qonaqların içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
- İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
- Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
- İçkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
- Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
- Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
- Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.

Tələblər :

• Təhsil: Bakalavr
• Dil bilikləri: Rus-yaxşı, İngilis-yaxşı
• Restoran və mehmanxana səhəsində 1-3 il təcrübə
• Yaş: 18-35

Əlavə məlumat:

• AR Əmək məcəlləsinə uyğun olaraq işə qəbul
• Növbəli iş qrafiki 6/1.
• Əmək haqqı razılaşma yolu ilə.

Maraqlanan namizədlər, mövzu yerində “Barmen” yazaraq, öz CV-lərində gözlənilən əmək haqqını qeyd edərək, [email protected] e-poçt ünvanına göndərsinlər.