Xərclər üzrə nəzarətçi

  • MOGAN Hotel
  • Elanın qoyulma tarixi: 24.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xərclər üzrə nəzarətçi (cost controller)

MOGAN Hotel

Əsas Öhdəliklər :

• Təchizat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq.
• Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
• Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
• Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
• Verilən mallar üçün prosedura və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
• Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
• Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
• Həftə əsasında Qida və İçki xərcləri üzrə hesabat hazırlamaq və Mehmanxananın İdarəetməsinə çatdırmaq
• Menyuda olan qida və içkilərin kalkulyasiya edilməsi
• Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqlar barədə Maliyyə Şöbəsinin Müdirinə məlumat vermək.

Tələblər :

• Təhsil: Bakalavr, maliyyə, audit
• Dil bilikləri: Rus-yaxşı, İngilis-orta
• Restoran və mehmanxanaya aid olan program təminatları ilə işləmək bacarıqları
• Yaş: 25-40
• Restoran və mehmanxana səhəsində 1-3 il təcrübə

Əlavə məlumat:

• AR Əmək məcəlləsinə uyğun olaraq işə qəbul
• 6/1 iş qrafiki. 09:00-17:00, bir gün isə 09:00-15:00
• Əmək haqqı razılaşma yolu ilə.

Maraqlanan namizədlər, mövzu yerində “Xərclər üzrə nəzarətçi” yazaraq, öz CV-lərində gözlənilən əmək haqqını qeyd edərək, [email protected] e-poçt ünvanına göndərsinlər.