Operator-Qeydiyyatçı

İşin təsviri

Şirkət: PITS Texnoloji Həllər Şirkəti
Vəzifə: Operator-Qeydiyyatçı
Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

Vəzifə və Öhdəliklər:

 Müştərilər tərəfindən təqdim edilən qurğuları prosedura uyğun olaraq qeydiyyata almaq;
 Daxil olan zənglərə cavab vermək, texniki sualları prosedura uyğun cavablandırmaq;
 Sənədləri vaxtaşırı çeşidləmək və qaydada saxlamaq;
 Yeniliklərlə bağlı müştəriləri məlumatlandırmaq;
 Telefon zəngi hesabatlarını hazırlamaq;
 Sorğuları sistemə daxil etmək, yenilənən məlumatları daima izləmək;
 Mühəndislərlə müştərilər arasında daim yenilənən məlumat mübadiləsini təmin etməkdə köməklik göstərmək;
 İnternet üzərindən olunan sifarişlərin izlənilməsi;
 Sorğuların, qeydiyyatların və şikayətlərin statistikasını aparmaq;

Bilik/Bacarıqlar/Gözləntilər:

 Uyğun sahə üzrə azı 1 illik təcrübənin olması;
 İnformasiya texnologiyaları üzrə bilikləri əldə etməyə həvəskar birinin olması;
 Masaüstü və noutbuk kompüterlərlə, smartfonlarla rahat işləmək;
 Windows əməliyyat sistemində sərbəst işləmə bacarığı;
 MS Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst səviyyədə işləmə bacarığı;
 İşçi müştərilərlə ünsiyyət quracaq birinci şəxs olduğu üçün gərgin mühitdə çevik davrana bilmək bacarığı mütləqdir. Müştərilərlə işləmək bacarığının olması olduqca əhəmiyyətlidir;
 Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
 Rus dilində sərbəst ünsiyyət qura bilmə bacarığı;
 Komanda daxilində işləyə bilmə, işləri müstəqil koordinasiya edə bilmək;
 İnsanlarla rahat ünsiyyət qurmaq bacarığı;

 İş saatları: 09:00-18:00
 İş günləri: Bazar ertəsi – Cümə
 İş rejimi: Tam ştat
 Əmək haqqı: 450AZN
 İş tam rəsmidir və müqavilə əsasında olacaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Uyğun tələblər üzrə iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Operator-Qeydiyyatçı” qeyd etməyiniz xahiş olunur. Digər mövzulu məktublar diqqət xaricində qala bilər. Namizədlərdən xahiş olunur ki, CV göndərən zaman şirkətin şəhər kənarında olduğunu nəzərə alsınlar.
Əlaqə nömrəsi: +994 12 310 33 66