Reception

İşin təsviri

Əsas vəzifə və öhdəliklər

Qəbul və Qarşılama

  • Ofisə gələn qonaqların peşəkar şəkildə qarşılanması və istiqamətləndirilməsi.
  • Telefon zənglərinə cavab vermək, yönləndirmək və zəruri hallarda mesajları qeyd etmək.
  • Şirkətin informasiya axınının düzgün və operativ şəkildə idarə olunması.

Administrativ Dəstək

  • Gündəlik e-poçt yazışmalarının idarə edilməsi.
  • Gələn və gedən məktubların və sənədlərin qeydiyyatının aparılması və vaxtında çatdırılması.
  • Rəhbərliyin görüşlərinin planlaşdırılması və əlaqələndirilməsinə dəstək vermək.

Ofis İdarəçiliyi

  • Ofis ləvazimatlarının ehtiyat səviyyəsini nəzarətdə saxlamaq, tələb olduqda sifariş vermək.
  • Görüş otaqları, qonaq otağı və resepsiyon ərazisinin səliqə və təmizliyinə nəzarət.
  • Ofis Dəstəyi: Lazım olduqda rəhbərliyə, qonaqlara və ya iclas iştirakçılarına çay, kofe və digər zəruri xidmətlərin göstərilməsi.
  • Kuriyer və kargo xidmətlərinin koordinasiyası.

Məlumat Bazalarının İdarə Edilməsi

  • Ziyarətçi reyestrinin aparılması.
  • Məlumatların sistemə dəqiq və operativ daxil edilməsini təmin etmək.

Tələblər

  • Təhsil və Təcrübə
  • Orta və ya ali təhsil.
  • Receptionist və ya administrativ sahədə minimum 1 il iş təcrübəsi üstünlükdür.

Peşəkar Bacarıqlar

  • Yüksək kommunikasiya bacarığı və müştəri yönümlü yanaşma.
  • Dəqiq, məsuliyyətli və operativ iş prinsipi.
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı.
  • Eyni anda bir neçə işi idarə etmə (multitasking) və stress altında işləmək bacarığı.
  • Dil Bilikləri - Azərbaycan dili sərbəst, Rus və ingilis dilləri üstünlükdür.

İş Şəraiti

  • Tam iş günü, ofis daxili iş mühiti.
  • Korporativ geyim standartlarına uyğunluq.
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
  • Əmək haqqı: 600 AZN.
  • İş yeri: Əhməd Rəcəbli.

"Reception” başlığı ilə Müraciət et düyməsində qeyd olunan poçt ünvanına göndərə bilərlər.