İT Mütəxəssis

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 10.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İT Mütəxəssis

İş öhdəliyi

- Əməliyyat sistemində yaranan texniki problemləri həll etmək
- Şirkətin İT işlərinin həftəlik, aylıq və kvartal üzrə yoxlanış və hesabatını tərtib etmək
- Müştərilər və şirkətin digər əməkdaşları arasında kommunikasiya yaratmaq, mövcud problem və işlərin aidiyyatı üzrə ötürülməsini təmin etmək
- Ofis proqramlarında və digər korporativ proqram təminatlarında yaranan problemləri həll etmək
- İT avadanlıqları, şəbəkə və əməliyyat sistemlərində çıxan texniki problemləri aradan qaldırmaq, səbəbini araşdırmaq və qeydiyyatını aparmaq
- Korporativ proqram təminatlarında yaranan problemləri həll etmək, mümkün olmadıqda isə aidiyyatı şöbəyə yönləndirmək
- İT avadanlıqlarını şirkətin İT siyasəti, prosedur, qayda və standartlarına müvafiq olaraq hazırlayaraq sifarişi keçən struktur bölmələrdə quraşdırmaq
- Gündəlik edilən müraciətləri izləmək, qeydiyyatını aparmaq, yönləndirmək, həmçinin müştərilərdən gələn zəngləri cavablandırmaq
- Şirkətin İT siyasət, prosedur, qayda və standartlarına müvafiq olaraq İT avadanlıqlarında çıxan nasazlıqları aradan qaldırmaq, mümkün olarsa sıradan çıxmış avadanlıqların detallarını dəyişməklə işləkliyini təmin etmək və ya prosedurlara müvafiq olaraq təmirə göndərmək
- Kompüterlərin və printerlərin mütəmadi diaqnostikasını aparmaq, müvafiq sənədləri doldurmaq, inventarlaşdırma (avadanlıq və proqram) işini təmin etmək
- Cari tənzimləmələrin, standart operativ prosedurların, qabaqcıl təcrübələrin və tətbiq olunan yeniliklərin axışlarının qeydiyyatını aparmaq
- Korporativ prosedurlarımız çərçivəsində rəhbərləri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək

Tələblər

Ali təhsil
İş təcrübəsi 2 il

Xüsusi peşə bilikləri:

CompTIA A+
Kabelləşmə
Müştərilərlə işləmə qabiliyyəti

Dillər:

Azərbaycan dili – Ana dili
Rus dili – Orta
İngilis dili – Orta

Şəxsi keyfiyyətlər

Punktual
Məsuliyyətli
Dəqiq və diqqətcil
Yüksək praktiki intellekt

Qeyd

Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə

İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Telefon xərcləri şirkət tərəfindən qarşılanır, Tibbi sığorta
Əmək haqqı: Razılaşma yolu ilə

Maraqlanan namizədlər CV-lərini mövzu yerində “İT Mütəxəssis” qeyd etməklə [email protected] ünvana göndərə bilərlər

İşəgötürənin reytinqi