Aşbaz köməkçisi

  • Metak
  • Elanın qoyulma tarixi: 28.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Aşbaz köməkçisi

Öhdəliklər:

• Gündəlik yeməklərin hazırlanmasında köməklik etmək və yeməklərin tədarükünü öncədən hazırlamaq;
• Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
• Yeməklərin çəkilməsi və işçilərə verilməsi;
• Müxtəlif növ salatların hazırlanmasını bacarmalı;
• Komandanın bir üzvü kimi çalışmaq və lazım olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.

Tələblər:

• Cinsi- qadın;
• Yaş həddi: 27-45;
• Aşbaz köməkçisi kimi 3 il iş təcrübəsi;
• Məsuliyyətlilik, səliqəlilik.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=145 və ya [email protected] ünvanına CV göndərərək, 29.02.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.