SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:
• Topdan və pərakəndə satış
• Korporativ satış
• SmartOn.az onlayn mağaza üzərindən satış
• Rəsmi və avtorizə olunmuş servis mərkəzləri
Şirkət: Smarton MMC
Vəzifə: Topdan satış üzrə menecerin köməkçisi
Vəzifə öhdəlikləri:
- Müvafiq məhsul bazarı haqqında tam məlumata sahib olmaq;
- Bazara qiymət, məhsul, kampaniyaların dəyişikliyini izləmək
- Şöbədaxili sənədləşməni icra etmək, ödənişlərə nəzarət etmək;
- Partnyor şəbəkəsi ilə işləmək;
- Topdan satış üzrə müştərilərə məhsul yükləmələrinin boşaldılmasını təşkil etmək;
- Sifarişləri toplamaq, analiz etmək, anbar qalığına nəzarət etmək
Tələblər:
Microsoft office, 1C bilikləri
Ali təhsilli
Komandada işləmək bacarığı, müştəri ilə uzunmüddətli əlaqələr qura bilmək səriştəsi
Azərbaycan və rus dili bilikləri
Lazım gəldikdə rayonlara ezamiyyətə getməyə hazır olan
Avtomobilin olması üstünlükdür
Əmək haqqı və iş şərtləri:
• Əmək haqqı namizədin iş təcrübəsində asılı olaraq danışıq əsasında müəyyən edilir.
• İş qrafiki 10:00-19:00, istirahət günləri şənbə və bazar günləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində "Topdan satış üzrə menecerin köməkçisi" qeyd olunması xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmayacaq.
Növbəti mərhələdə yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.