“Premium Transport “ MMC
Vakansiya : İT-mütəxəssis
Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
Namizədə olan tələblər : Müvafiq sahədə minimal 2 il iş təcrübəsi
İcra edəcəyi əmək funksiyaları:
• Əməliyyat sistemində yaranan texniki problemləri həll etmək
• Şirkətin İT işlərinin həftəlik, aylıq və kvartal üzrə yoxlanış və hesabatını tərtib etmək
• Müştərilər və şirkətin digər əməkdaşları arasında kommunikasiya yaratmaq, mövcud problem və işlərin aidiyyatı üzrə ötürülməsini təmin etmək
• Ofis proqramlarında və digər korporativ proqram təminatlarında yaranan problemləri həll etmək
• İT avadanlıqları, şəbəkə və əməliyyat sistemlərində çıxan texniki problemləri aradan qaldırmaq, səbəbini araşdırmaq və qeydiyyatını aparmaq
• Korporativ proqram təminatlarında yaranan problemləri həll etmək, mümkün olmadıqda isə aidiyyatı şöbəyə yönləndirmək
• İT avadanlıqlarını şirkətin İT siyasəti, prosedur, qayda və standartlarına müvafiq olaraq hazırlayaraq sifarişi keçən struktur bölmələrdə quraşdırmaq
• Gündəlik edilən müraciətləri izləmək, qeydiyyatını aparmaq, yönləndirmək
• Şirkətin İT siyasət, prosedur, qayda və standartlarına müvafiq olaraq İT avadanlıqlarında çıxan nasazlıqları aradan qaldırmaq, mümkün olarsa sıradan çıxmış avadanlıqların detallarını dəyişməklə işləkliyini təmin etmək və ya prosedurlara müvafiq olaraq təmirə göndərmək
• Kompüterlərin və printerlərin mütəmadi diaqnostikasını aparmaq, müvafiq sənədləri doldurmaq, inventarlaşdırma (avadanlıq və proqram) işini təmin etmək
• Cari tənzimləmələrin, standart operativ prosedurların, qabaqcıl təcrübələrin və tətbiq olunan yeniliklərin axışlarının qeydiyyatını aparmaq
• Korporativ prosedurlarımız çərçivəsində rəhbərləri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək
Tələblər:
• Ali təhsil
• İş təcrübəsi 2 il
• Xüsusi peşə bilikləri:
• CompTIA A+
• Kabelləşmə
• Kollektivdə işləmə qabiliyyəti
• Dillər:
• Azərbaycan dili –Əla
• Rus dili – Orta
• İngilis dili – Orta
• Şəxsi keyfiyyətlər
• Punktual
• Məsuliyyətli
• Dəqiq və diqqətcil
• Yüksək praktiki intellekt
İş vaxtı : 5 günlük iş norması üzrə 09:00 - 17:00
Şirkətin ünvanı : Bakı şəh., Səlyan şossesi 12, Şıx qəsəbəsi, Grand Park 2 yaşayış kompleksi
QEYD : Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Namizədlər +994559091127 nömrəsi ilə əlaqə saxlaya və cv – lərini [email protected] elektron ünvanına yönləndirə bilərlər.