İnvestisiya departamentinin Daşınmaz əmlak şöbəsinin meneceri
Öhdəliklər:
• Daşınmaz əmlak portfelinin investisiya strategiyasının hazırlanıb yerinə yetirilməsində birbaşa iştirak etmək;
• Daşınmaz əmlak investisiyalarının alqı-satqısı üzrə danışıqların və yoxlamaların (due diligence) aparılması;
• Daşınmaz əmlak, maliyyə bazarlarına dair məlumatların toplanması;
Tələblər:
Təhsil: Maliyyə/Biznesin idarə edilməsi sahəsində magistr dərəcəsi və ya CFA dərəcəsi
Təcrübə: Beynəlxalq maliyyə bazarlarında 5 ildən çox analoji iş təcrübəsi;
Dil bacarığı: Azərbaycan və ingilis dilində sərbəst danışıq qabiliyyəti və yazı bacarığı vacibdir;
Kompüter bacarığı: Yüksək səviyyədə kompüter savadı. Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri;
Ümumi peşəkarbacarıqlar:
- Maliyyə bazarlarını, qiymətli kağızlara dair investisiyaları dərindən anlamaq;
- Müxtəlif tipli və strukturlu maliyyə alətlərini tanımaq və onları portfelin idarə edilməsinə tətbiq edə bilmək;
- Portfelin qurulması və risklərin idarə edilməsi sahəsində biliyə sahib olmaq.
- Davranışla bağlı səriştələr : Liderlilk, analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, beynəlxalq təşkilatlarla ünsiyyətqurma bacarığı.
E - mail : [email protected]