Modelləşdirmə və gəlirliliyin ölçülməsi şöbəsinin təhlilçisi

İşin təsviri

Risklərin idarə edilməsi departamentinin Modelləşdirmə və gəlirliliyin ölçülməsi şöbəsinin təhlilçisi

Öhdəliklər:

• Maliyyə alətləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və nəzarət altında saxlanılması;
• İnvestisiya portfelinin gəlirliliyinin, bençmarka nəzərən kənarlaşmanın və gəlirlilik üzrə bölgünün hesablanması;
• İnvestisiya portfelinin maliyyə alətləri və valyutalar üzrə bölgüsünün hesablanması və mütəmadi monitorinqinin həyata keçirilməsi;
• Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində dövri olaraq hesabatların hazırlanması;
• Müxtəlif göstəricilər üzrə ssenarilərin qurumun investisiya portfelinə təsirini müəyyən etmək məqsədilə stress testlərin və ssenari təhlillərinin həyata keçirilməsi.

Tələblər:

Təhsil: Ali təhsil (maliyyə/iqtisadi/riyazi). Maliyyə/Biznesin idarə edilməsi sahəsində magistr dərəcəsi və ya FRM, PRM və CFA sahəsində nailiyyətləri olanlara üstünlük verilir.
Təcrübə: Risklərin idarə edilməsi sahəsində 1 ildən çox analoji iş təcrübəsi olanlara üstünlük verilir.
Dil bacarığı: Azərbaycan və ingilis dilində sərbəst danışıq qabiliyyəti və yazı bacarığı vacibdir.
Kompüter bacarığı: Yüksək səviyyədə kompüter biliyi və proqramlaşdırma bacarığı. Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri.

Ümumi peşəkar bacarıqlar:

- Ənənəvi və alternativ maliyyə alətlərini dərindən anlamaq;
- Ümumi investisiya portfelini gəlirlilik və risk müstəvisində qiymətləndirmək;
- Gəlirliliyin ölçülməsi və risklərin idarə edilməsi sahəsində biliyə sahib olmaq;
- Analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, beynəlxalq təşkilatlarla ünsiyyətqurma bacarığı.

E - mail : [email protected]