VƏZİFƏ: Keyfiyyətə Nəzarət üzrə Mühəndis – Kensington
Əsas Öhdəliklər
İnzibati Öhdəliklər
Tikinti sahələrində icra edilən işlərin keyfiyyətə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğun həyata keçirilməsində iştirak etmək
Yerinə yetirilən işlərin və istifadə olunan materialların keyfiyyətinə nəzarət işində iştirak etmək
İşlərin keyfiyyətinin pisləşməsi səbəblərini öyrənmək, onların aradan qaldırılması üzrə təklifləri və zəruri tədbirləri hazırlamaq
Keyfiyyətin idarəetmə sisteminin prosedurlarının hazırlanması və tətbiq edilməsində iştirak etmək
Keyfiyyətin idarəetmə sisteminin proseslərinə dair qeydlərin aparılmasına nəzarət etmək
Şöbə əməkdaşlarının vaxt cədvəllərinə və şöbədə ümumi intizama nəzarət etmək
Şöbənin fəaliyyətinə dair hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər
Tələblər:
• Müvafiq sahədə ən az 6 il iş təcrübəsi
• “İnşaat Mühəndisliyi” ixtisası üzrə ali təhsil
• Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarıqları
• Yüksək ünsiyyət bacarıqları (şifahi, yazılı).
• Fərdi və komanda şəklində işləmək bacarığı
• Mükəmməl kompüter bacarıqları: MS Office, Autocad
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Keyfiyyətə Nəzarət üzrə Mühəndis” qeyd edərək CV-nizi cv.zeta@az elektron ünvanına göndərməyiniz xahiş olunur.